“Nurlu Sabah Uşaq – Gənclər Təşkilatı” İB Qusar rayonuna avtoyürüşü

yurus-Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı və “Nurlu Sabah Uşaq – Gənclər Təşkilatı” İB-nin təşkilatçılığı ilə “Gənclər arasında sağlamlıq sahəsində kütləvi tədbirlərin təşkili” adlı layihənin növbəti kütləvi tədbiri, avqustun 20-də həyata keçirilmişdir. Təsdiq olunmuş icra planına uyğun olaraq bu dəfə bir qrup Qubalı gənc Qusar rayonuna avtoyürüş etdi. Gənclər ilk öncə Quba Gənclər Mərkəzinin qarşısında toplaşdılar.

Daha sonra xüsusi bannerlər yerləşdirilmiş avtobusla Qusar rayonu istiqamətində avtoyürüş başlandı. Qusarda avtoyürüş iştirakçılarını Qusar rayon Gənclər və İdman idarəsinin rəis müavini Ramil Məcidov qarşıladı.

Qusar rayon Gənclər Evində toplantı təşkil olundu və toplantını giriş sözü ilə Qusar rayon Gənclər və İdman İdarəsinin rəis müavini R. Məcidov açaraq iyul ayından start götürmüş bu layihənin Qusar gəncləri arasında müsbət qarşılandığını qeyd etdi, qonaq Quba gənclərini salamladı.

“Nurlu Sabah Uşaq – Gənclər Təşkilatı” İB-nin sədri Ramin Xudayev layihə haqqında geniş məlumat verdi. Bildirdi ki, layihə artıq üçüncü aydır davam edir və bu müddətdə maarifləndirmə və təbliğat xarakterli bir sıra tədbirlər həyata keçirilmişdir.

Toplantıda həm Qubadan, həm də Qusardan olan gənclər çıxış edərək sağlamlıq sahəsində atılan hər bir addımın alqışa layiq olduğunu qeyd etdilər. Toplantıda əslən Qusar rayonundan olan, Qubada yaşayan, Respublikada futbol sahəsində xeyli idman naliyyətləri əldə edən Elxan Müslümovda iştirak etmişdir.

Toplantı bitdikdən sonra Quba gəncləri Qusar şəhərinin görməli və gəzməli yerlərinə ekskursiya etdilər. Gənclərin Nərimanov bağında çay süfrəsində də diskusiyaları davam etdi.

Quba gəncləri Qusar şəhərindən xoş xatirələrlə ayrıldılar.

20140820_11161820140820_140216

20140820_13401920140820_140223

Bir şərh yazın