Quba gəncləri bir araya gəldilər.

DSC_6339Qubada fəaliyyət göstərən Gənclər Mərkəzində gənclər dəyirmi masa arxasında “Açıq saat” keçirmişdilər. Dəyirmi masada müzakirə olunan məsələlər,  Qubada təşkil olunmuş Gənclər təşkilatları, onların dövlət və qeyri-dövlət təşkilatları tərəfindən qeydiyyata alınması, rayon rəhbərliyin nəzarətində olmas və gənclərin Ali Təhsil ocaqlarına qəbul olunmasından sonra təşkilatları tərk etməsinin qarşısını alınması barəsində müzakirə aparılmışdır.

Iclasda müzakirə olunan məsələlərdən biri də  Azərbaycanı Dünyaya tanitmaq, 20 yanvar, Xocalı və mart soyqırım faciələrini dünyaya çatdırmaq və Dünya birliyindən əsl ədaləti tələb etməkdir.

Qubalı yeniyetmələrin çəkdiyi əl işlərinin dünya səviyyəsinə çıxarılması müzakirə olunan məsələlərdən oldu. “Açıq saat” da qubalı gənclərdən savayı rayonun orta və incəsənət məktəbinin müəllimləri də iştirak etmişdir.

Mərkəzin rəbəri Rəşxəndə xanım Bayramovanın sözlərinə görə gəncləri bir araya gətirməkdə məqsəd “Açıq saat” təşkil edib onların sosial problemləri və ilə yaxından tanış olmaq, təkliflərini dinləmək lazım olan məsləhətləri vermək və imkanımız olan qədər onlara kömək etməkdir.

Rəşxənda xanım belə görüşlərin daimi olacağını bildirdi.

Bir şərh yazın